Uşaqlar Kazan məktəbindəki ilk atışma anı haqda danışdılar - TƏFƏRRÜAT

Uşaqlar Kazan məktəbindəki ilk atışma anı haqda danışdılar - TƏFƏRRÜAT

Hazırda oxunan: Uşaqlar Kazan məktəbindəki ilk atışma anı haqda danışdılar - TƏFƏRRÜAT

20860

Atışmanın baş verdiyi 175 saylı Kazan gimnaziyasının şagirdləri hadisənin təfərrüatlarını açıqlayıblar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Şagirdlərdən biri deyib ki, riyaziyyat dərsi zamanı küçədə partlayış oldu, sonra tüstü qoxusu gəldi, ardınca güclü partlayış səsi eşidildi.

"15 dəqiqədən sonra qapını çox bərk döyməyə başladılar, sonra döyən şəxs qaçdı. Bundan sonra üçüncü mərtəbədəki dəhlizdə atəş səsləri gəldi. 20 dəqiqədən sonra “OMON” sinifimizə gəldi, bizə dedilər ki, aşağıya qaçaq. Biz 181 nömrəli uşaq bağçasına getdik”. O, bunu RT nəşrinə verdiyi müsahibədə açıqlayıb.

Digər şagird hücum zamanı üçüncü mərtəbədə olduğunu bildirib. “Və birdən-birə radiodakı səsgücləndirici ilə elan etdilər:

“Bütün qapıları bağlayın!”. Heç nə başa düşmədik, təəccübləndik. Sonra çox qorxuya düşdük, çünki bir terrorçu qapını ayağı, ya da silahın köməyi ilə sındırmağa çalışdı. Qapıya vurulan zərbə səsləri açıq şəkildə eşidildi”. O, “MK” nəşrinə belə deyib.

Şagirdin bildirdiyinə görə, partlayışa bənzər bir səs də eşidib. Sinifdəki bütün uşaqlar “OMON” çıxaranadək təxminən yarım saat döşəmədə oturublar.

"Baş verənlər təsvir edilə bilməz. Bizi çıxardıqda yalnız giriş qapılarından qalan qırıntıları gördüm", deyə o, əlavə edib.

9-cu sinif şagirdi olan qız təsdiq edib ki, radio vasitəsilə onlardan sinif otağından bayıra çıxmamaları xahiş olunub.

Onun sözlərinə görə, bu, partlayışı eşidəndən sonra baş verib:

“Ancaq nədənsə qulaq asmadıq, bütün sinif otaqdan qaçmağa qərar verdik. Mən özümə gəldim, qayıtmaq üçün uşaqlara qışqırmağa başladım, sonra da bir müəllim, dəhlizdə qaçaraq, sözün əsl mənasında bizi zorla sinifə soxdu”.

Qız əlavə edib ki, qatil növbəti otağa girib və ölənlərin çoxu da orda olub. Yeddinci sinif şagirdi “Rossiyskaya Gazeta”ya silah səsləri eşitdiyini və sinif yoldaşları ilə birlikdə birinci mərtəbədəki pəncərədən tullandığını söyləyib. 

Digər bir şagird atışmadan əvvəl məktəbdə partlayış səsi eşitdiyini bildirib. "Dəhlizdə avtomatlı bir adamı gördük" deyə qız bildirib.

Digər bir məktəbli şagirdlərin dərs zamanı bir partlayış eşitdiyini deyib. Bundan sonra pəncərəyə tərəf qaçaraq bayıra çıxmağa başlayıblar. Ofis birinci mərtəbədə olub.

"Biz güllələrə tuş gəlməmək üçün məktəbin arxasındakı metal çərçivələrə sarı qaçmağa başladıq və ərazidən çıxdıq", deyə qız “5-ci kanal”la söhbətində qeyd edib.

Xatırladaq ki, çərşənbə axşamı Kazandakı 175 saylı məktəbdə 19 yaşlı bir tələbə atəş açıb, yeddi şagird və bir müəllim öldürülüb, 16 nəfər yaralanıb. 

Təcavüzkar tutulub və ona qarşı cinayət işi açılıb. Tatarıstanda 12 may matəm günü elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO