Türkiyə Xarici İşlər Nazirliyi Kazandakı faciə ilə əlaqədar başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyi Kazandakı faciə ilə əlaqədar başsağlığı verdi

Hazırda oxunan: Türkiyə Xarici İşlər Nazirliyi Kazandakı faciə ilə əlaqədar başsağlığı verdi

20853

Türkiyə Xarici İşlər Nazirliyi Kazandakı məktəbdə baş verən atışma ilə əlaqədar başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

"Tatarıstanın paytaxtı Kazanda bir məktəbə edilən hücum nəticəsində çox sayda şagird və müəllimin ölümü barədə kədərlə öyrəndik. Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasının dost xalqına, bu dəhşətli hücumda həlak olanların yaxınlarına səmimi başsağlığı verir və yaralıların tezliklə sağalmalarını arzu edirik". Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.

Tatarıstan səlahiyyətlilərinin verdiyi məlumata görə, 11 may çərşənbə axşamı Kazandakı 175 nömrəli gimnaziyada atışma nəticəsində yeddi uşaq və bir müəllim öldürülüb, 20 nəfər yaralanıb.

Milli Terrorla Mübarizə Komitəsi atışmada yeddi uşağın öldüyünü, 16 şagird və işçinin yaralandığını bildirib. Tatarıstan prezidenti Rüstəm Minnixanov deyib ki, atışmanı 19 yaşlı oğlan rəsmi qeydiyyatdan keçən silahı ilə həyata keçirib.

İstintaq Komitəsi iki və ya daha çox şəxsin öldürülməsi maddəsilə cinayət işi açıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO