Kazan məktəbində atışma: doqquz nəfər öldü - VİDEO

Kazan məktəbində atışma: doqquz nəfər öldü - VİDEO

Hazırda oxunan: Kazan məktəbində atışma: doqquz nəfər öldü - VİDEO

20817

Kazan məktəbində atışma olub, nəticədə bir müəllim və səkkiz uşaq ölüb. 4 nəfər də xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi bölgənin təcili yardım xidmətlərinə istinadən yayıb.

Bundan əvvəl naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdıqları və daha sonra partlayışın olduğu bildirilmişdi. 

İlkin məlumatlara görə, bir gənc atəş açıb. Onun nəzarətə alındığı deyilir. İndi uşaqlar evakuasiya olunur.

Hadisə Faizi küçəsi-8-də yerləşən 175 saylı məktəbdə qeydə alınıb. Rəsmilər hələ də şərh verməkdən imtina edirlər.

Hadisə yerinə 21 təcili yardım maşını göndərilib. Tatarıstan prezidenti Rüstəm Minnixanov, respublikanın səhiyyə naziri Marat Sadıkov və bölgə prokuroru İldus Nafikov da oraya gedib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO