Botsvana hökuməti dünyanın ikinci ən böyük almazının Karove Almaz Mədənində hasil edildiyini açıqlayıb. Bildirilib ki, 2 min 492 karatlıq nəhəng daş mədəndən çıxarılan ikinci ən böyük dəyərli daşdır.
Bizim.Media xəbər verir ki, Almazı mədəndən çıxaran “Lucara Diamond Corp” şirkətidir. Şirkətin açıqlamasında bildirilib ki, Karove Mədənindən radiasiya texnologiyası ilə heç bir zərər görmədən çıxarılan xam kömür qeyri-adi və keyfiyyətlidir.
Lucara Diamond-un prezidenti və icraçı direktoru Ulyam Lamb isə verdiyi açıqlamada: "2492 karatlıq bu qeyri-adi almazla mükafatlandırıldığımız üçün çox şadıq" deyə qeyd edib.
Botsvana hökuməti yeni kəşf edilən almazın Botsvana prezidenti Mokgweetsi Masinin ofisində dünyaya təqdim ediləcəyini açıqlayıb. Masisi almazı ilk görən insanlardan biri olacaq. Öz çəkisi ilə sözügedən almaz 1905-ci ildə Cənubi Afrikada tapılan 3106 karatlıq (təxminən 621 qram) "Cullinan Diamond"dan sonra son yüz ildə ikinci ən böyük almaz olacaq.
Qeyd edək ki, əvvəllər Karove Mədənindən çəkisi 1000 karatdan çox olan dörd almaz çıxarılıb.
1758 karatlıq (təxminən 352 qram) "Sewelo Diamond" 2019-cu ildə Karove Mədənində, 1111 karatlıq (təxminən 222 qram) "Lesedi La Rona Almazı" isə 2017-ci ildə aşkar edilib. İngilis zərgər tərəfindən 53 milyon dollara alınıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:03 / 24.08.2024
Dünyanın ikinci ən böyük almazı tapılıb - FOTO/VİDEO
Hazırda oxunan: Dünyanın ikinci ən böyük almazı tapılıb - FOTO/VİDEO
Hazırda oxunan: Dünyanın ikinci ən böyük almazı tapılıb - FOTO/VİDEO
208144
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.