Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Krasnodar diyarında yerləşən "Qafqaz" limanını raketlə vurması nəticəsində baş verən yanğına üçüncü dərəcə verilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kuban əməliyyat qərargahı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Kerç boğazı yaxınlığındakı "Qafqaz" limanında yanğın BAŞLAYIB - FOTO/VİDEO
Belə ki, raketin düşdüyü gəmidə 30 yanacaq çəni olub, bu isə alovun şiddətli hal almasına səbəb olub. Hazırda alovun söndürülməsinə 100-dən çox adam cəlb olunub.
Bizim.Media