Hava Hücumundan Müdafiə Qoşunları döyüşə hazır vəziyyətə gətirildi - VİDEO

Hava Hücumundan Müdafiə Qoşunları döyüşə hazır vəziyyətə gətirildi - VİDEO

Hazırda oxunan: Hava Hücumundan Müdafiə Qoşunları döyüşə hazır vəziyyətə gətirildi - VİDEO

207727

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilib, kiçik ölçülü, aşağı hündürlüklü və az sürətli hədəflərin vaxtında aşkarlanması və aidiyyəti üzrə bölmələrə ötürülməsi üzrə fəaliyyətləri icra ediblər.

Təlimin keçirilməsində əsas məqsəd şərti düşmənin qəfil hava hücum vasitələrinin dəf edilməsi zamanı idarəetmə heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də müxtəlif və mürəkkəb hava, yer, radioelektron şəraitlərdə radiotexniki və rabitə vasitələrinin döyüş imkanlarından effektiv istifadə üsullarının öyrənilməsidir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO