Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qaraqalpaqıstanın inkişafı ilə bağlı tapşırıqlarının icrasına nəzarət etmək Özbəkistan prezidentinin köməkçisi Səidə Mirziyoyevaya və prezidentin Aral dənizi regionunun davamlı inkişafı üzrə müşaviri Tursinxan Xudaybergenova tapşırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Podrobno.uz saytı yazıb.
Qaraqalpaqstanın Keqeyli rayonunda dövlət başçısının iştirakı ilə keçirilən müşavirədə bildirilib ki, rayon sakinləri üçün əlverişli şəraitin yaradılması üçün ilin sonunadək respublika büdcəsindən daha 100 milyard som vəsait ayrılacaq.
Gələn il Qaraqalpaqstanın sosial sahəsinə və infrastrukturuna 1 trilyon somdan çox vəsaitin ayrılması nəzərdə tutulur. O cümlədən, 24 məktəb, 5 uşaq bağçası, 7 tibb müəssisəsi tikiləcək və əsaslı təmir ediləcək.
Sənaye zonalarının və iri istehsal müəssisələrinin infrastrukturunun tikintisinə 353 milyard som vəsait ayrılacaq.
Qeyd edək ki, 39 yaşlı Səidə Mirziyoyeva 2023-cü ilin avqustunda ölkə prezidentinin birinci köməkçisi təyin edilib. Bu, prezident administrasiyasında dövlət başçısından sonra ən yüksək postdur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:00 / 21.08.2024
Özbəkistan prezidenti qızına yeni səlahiyyət verdi
Hazırda oxunan: Özbəkistan prezidenti qızına yeni səlahiyyət verdi
Hazırda oxunan: Özbəkistan prezidenti qızına yeni səlahiyyət verdi
207642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.