İsrail qüvvələri öz ordusunun zabitini öldürdü – FOTO

İsrail qüvvələri öz ordusunun zabitini öldürdü – FOTO

Hazırda oxunan: İsrail qüvvələri öz ordusunun zabitini öldürdü – FOTO

207474

İsrail Hərbi Hava Qüvvələri Qəzzanın şimalıda keçirdiyi hücumlarda səhvən öz əsgərlərini vurub. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb. 

Bildirilib ki, Xan-Yunisdəki yanlış hədəfin vurulması nəticəsində 21 yaşlı leytenant Şahar Ben Nun həyatını itirib, komandasındakı üç əsgər yaralanıb. Ölən leytenantın Petah Tikvadan Paraşütçülər Briqadasının kəşfiyyat bölməsinin komandiri olduğu qeyd edilib. 

İsrail Müdafiə Qüvvələrindən verilən məlumata görə səhər saat 6:30 radələrində İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcıları Xan Yunis bölgəsində iki hədəfi vurub. 

Raketlərdən biri hədəfi uğurla vurub. İkinci raket texniki nasazlıq səbəbindən nəzərdə tutulan hədəfə vura bilməyib və əvəzində həmin ordunun qüvvələrinin yerləşdiyi çoxmərtəbəli binaya düşüb. 

Xatırladaq ki, İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan-Yunis bölgəsində terrorçuların olduğunu göstərən kəşfiyyat məlumatlarını aldıqdan sonra əməliyyata başlayıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO