Avropa çempionunun atası bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

Avropa çempionunun atası bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

Hazırda oxunan: Avropa çempionunun atası bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

206713

“Barselona”nın 17 yaşlı gənc ulduzu Lamin Yamalın atası Munir Nəsraui İspaniyada Mataro şəhərindəki avtomobil dayanacağında bıçaqlanıb.

Bizim.Media sport24.ru-ya istinadən xəbər verir ki, kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Polis artıq bir neçə şübhəli şəxsi müəyyənləşdirib, hadisənin baş vermə şəraitini araşdırır və şahidləri dindirir.

Xatırladaq ki, Yamal İspaniya millisi ilə Almaniyada təşkil olunan AVRO-2024-də çempion olub. Həmçinin o, turnirin ən yaxşı gənc oyunçusu seçilib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO