İlon Mask 235 milyard dollarla dünyanın ən zəngin insanıdır

İlon Mask 235 milyard dollarla dünyanın ən zəngin insanıdır

Hazırda oxunan: İlon Mask 235 milyard dollarla dünyanın ən zəngin insanıdır

206642

Fransız lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton) kompaniyasının sahibi Bernar Arno dünyanın ən zəngin şəxslərinin üçlüyünü tərk edərək Mark Sukerberq və digər iki amerikalıdan sonra dördüncü yerə enib.

Bizim.Media xəbər verir ki, Bloomberg milyarderlər indeksinə (BBI) əsasən, Arnonun sərvəti 185 milyard dollardır. Varidatı 188 milyard dollar dəyərində qiymətləndirilən Sukerberq reytinqin üçüncü pilləsinə yüksəlib. Bir gün əvvəl Arno və Sukerberqin sərvəti müvafiq olaraq 184 və 183 milyard dollar idi.

İkinci yeri 193 milyard dollar sərvətlə Amerikanın Amazon onlayn pərakəndə satış şirkətinin qurucusu və sabiq rəhbəri Ceff Bezos tutur. Amerikalı sahibkar İlon Mask isə reytinqin lideri olaraq qalır, onun sərvəti təxminən 235 milyard dollardır.

Beşinci yerdə Microsoft kompaniyasının qurucusu Bill Qeyts (154 milyard dollar) qərarlaşıb. Beləliklə, amerikalılar planetin ən zəngin insanlarının ilk beşliyində dörd yeri, həmçinin ilk onluqda doqquz yeri tuturlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO