Rusiya Voronejdən 4 ballistik RAKET ATDI

Rusiya Voronejdən 4 ballistik RAKET ATDI

Hazırda oxunan: Rusiya Voronejdən 4 ballistik RAKET ATDI

206162

Avqustun 11-nə keçən gecə Rusiya ordusu Voronej vilayətindən 4 "KN-23" ballistik raketi və Primorsko-Axtarsk, Yeysk və Kursk vilayətlərindən 57 “Şahed” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib. 53 PUA Ukrayna səmasında vurulub.

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk bildirib.

Onun sözlərinə görə, ruslar həmçinin Donetsk vilayətinin Pokrovsk şəhərini raket artilleriyasından atəşə tutublar.

N.Oleşçuk əlavə edib ki, bu raketlər nadir hallarda hədəflərinə çatsa da, əhali üçün ciddi təhlükə yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO