Türkiyə ordusu İraqın şimalında 5 yeni dayaq məntəqəsi YARADACAQ

Türkiyə ordusu İraqın şimalında 5 yeni dayaq məntəqəsi YARADACAQ

Hazırda oxunan: Türkiyə ordusu İraqın şimalında 5 yeni dayaq məntəqəsi YARADACAQ

206143

Türkiyə ordusu İraqın şimalında Pençe-Kilit antiterror əməliyyatı zonasında ən azı beş yeni dayaq məntəqəsi yaratmağa hazırlaşır.

Bizim.Media “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Türkiyə hərbçilərinin İraqın Təpə Bahar bölgəsində “PKK terrorçularına qarşı mübarizənin effektivliyini artıracaq” yeni dislokasiya məntəqələrindən istifadə edilməsi planlaşdırılır. Ərazinin minalardan təmizlənməsi üzrə işlər artıq aparılıb.
 

Türkiyə hərbçilərinin məlumatına görə, terrorçular Miska kəndini xüsusilə çoxlu sayda minalayıblar, bu da istehkamçılar tərəfindən ərazinin təmizlənməsi üçün birgə səylər tələb edib.


Bəzi yaşayış məntəqələrində silah və döyüş sursatı olan anbarlar aşkar olunub. Aşkar edilmiş minalar və sursatlar məhv edilib.

Türkiyə Milli Müdafiə Nazirliyi bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO