Washington Post: “İran hücum etsə, ərəb ölkələri İsrailə yardım etməyəcək”

Washington Post: “İran hücum etsə, ərəb ölkələri İsrailə yardım etməyəcək”

Hazırda oxunan: Washington Post: “İran hücum etsə, ərəb ölkələri İsrailə yardım etməyəcək”

205865

İsrail hakimiyyəti ABŞ-la əməkdaşlıq edən ərəb ölkələrinin İranın İsrailə mümkün hücumunu dəf etməkdə iştirak etməyəcəyindən narahatdır.

Bizim.Media xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Nəşrin yazdığına görə, aprelin 13-də İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ İranın raket və dronlardan istifadə edərək İsrailə hücumunun uğurla dəf edilməsində iştirak ediblər. 
 

Qəzet yazır ki, buna baxmayaraq, İordaniya və Səudiyyə Ərəbistanı indi hava məkanlarının müharibə zonasına çevrilməsini istəmirlər və Misir İsrailə İranın hücumunu dəf etməyə yardım göstərməkdən imtina edib.


Adı açıqlanmayan nüfuzlu israilli siyasətçi nəşrə verdiyi şərhdə ərəb ölkələrinin bu cür ictimai bəyanatlarını çox narahatedici adlandırıb.

Onun sözlərinə görə, onlarla İsrail arasında münasibətlər çox kövrəkdir və yalnız bir dəfə - apreldə İranın kütləvi zərbəsini dəf edərkən təcrübə ilə ciddi sınaqdan keçirilib. 

O qeyd edib ki, hazırkı vəziyyətdə tammiqyaslı müharibə perspektivi ilə üzləşən İsrail tamamilə təkbaşına hərəkət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO