Rusiyada hərbi qeydiyyatdan imtina edən əcnəbilərin vətəndaşlığına xitam veriləcək?

Rusiyada hərbi qeydiyyatdan imtina edən əcnəbilərin vətəndaşlığına xitam veriləcək?

Hazırda oxunan: Rusiyada hərbi qeydiyyatdan imtina edən əcnəbilərin vətəndaşlığına xitam veriləcək?

205774

Rusiya prezidenti Vladimir Putin əcnəbilərin ilkin hərbi qeydiyyatdan keçmə öhdəliyini yerinə yetirməməsi səbəbilə əldə etdiyi Rusiya vətəndaşlığına xitam verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, qanun Rusiya vətəndaşlığını almış şəxslərin icbari ilkin hərbi qeydiyyata alınması öhdəliyini qarşıya qoyur. Öhdəliyin yerinə yetirilməməsi isə həmin şəxlərin vətəndaşlığına xitam verilməsi üçün əsas sayılır.

Qanun layihəsinə izahatda qeyd olunub ki, Rusiya vətəndaşlığını almış hərbi yaşda olan kişilər hərbi qeydiyyatdan keçməlidirlər.

İmzalanan qanuna görə vətəndaşların hərbi uçota alınması və vətəndaşlıq alması prosesləri sinxronlaşdırılmış şəkildə aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO