Ukrayna ordusu Rusiyanın üç şəhərini nəzarətə götürdü – VİDEO

Ukrayna ordusu Rusiyanın üç şəhərini nəzarətə götürdü – VİDEO

Hazırda oxunan: Ukrayna ordusu Rusiyanın üç şəhərini nəzarətə götürdü – VİDEO

205691

Kursk vilayətinin Sudja, Korenevo və Psel şəhərlərindəki dəmir yolu stansiyaları sərnişinlər üçün bağlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Dəmir Yolları Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən istiqamətlər istisna olmaqla Kursk vilayətində əksər istiqamətlərdə qatarların hərəkəti adi qaydada həyata keçirilir.

Rusiya Müdafiə Nazirliyinə yaxın Telegram kanalları Rusiyanın artıq üç şəhərinin Ukraynanın nəzarətinə keçdiyini iddia edirlər.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb. Atışma və PUA hücumları nəticəsində Kursk vilayətinin 5 sakini həlak olub. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 6-sı uşaq olmaqla 31 nəfər xəsarət alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO