Misir aviaşirkətləri İran üzərindən uçuşları dayandıracaq

Misir aviaşirkətləri İran üzərindən uçuşları dayandıracaq

Hazırda oxunan: Misir aviaşirkətləri İran üzərindən uçuşları dayandıracaq

205617

Misir hakimiyyəti bildirib ki, ölkənin aviaşirkətləri İranın hava məkanından istifadə etməkdən çəkinməlidirlər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Əl-Cəzirə" televiziya kanalı yayıb.

"Bütün Misir aviadaşıyıcıları Tehranın hava nəqliyyatı idarəsinin nəzarət etdiyi ərazidən qaçmalıdır. Bu hava məkanında heç bir uçuşa icazə verilməyəcək", - deyə Misir hava yolları üçün bildirişdə qeyd olunub.

Məlumata əsasən, bu qərar İranın İsrailə mümkün hücumları ilə bağlı ehtiyatla bağlıdır. Lakin İran tərəfi bu narahatlıqları təkzib edərək bildirib ki, məhdudiyyətlərə səbəb cümə axşamı gecəsi planlaşdırılan hərbi təlimlər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO