BMT Yaxın Şərqdəki münaqişənin bütün tərəflərindən təmkinli davranmalarını istəyir və regionda vəziyyətin deeskalasiyası üçün fəal işləyir.
Bizim.Media xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət gözlənilməz şəkildə nəzarətdən çıxa bilər: “Bunun qarşısını almaq üçün fəal işləyirik. Biz bütün tərəflərin təmkinli olmasını istəyirik”.
İyulun 31-də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra İranın tələbi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya fələstinli siyasətçinin qətlini pisləyən mətbuat bəyanatı qəbul etməyi təklif etsə də, Böyük Britaniya, ABŞ və Fransa sənədi bloklayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:39 / 08.08.2024
BMT rəsmisi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər
Hazırda oxunan: BMT rəsmisi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər
Hazırda oxunan: BMT rəsmisi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər
205609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.