Daha bir insanın beyninə çip yerləşdirildi - VİDEO

Daha bir insanın beyninə çip yerləşdirildi - VİDEO

Hazırda oxunan: Daha bir insanın beyninə çip yerləşdirildi - VİDEO

205117

Amerikalı milyarder İlon Maskın “Neuralink“ şirkəti ikinci dəfə insan beyninə çip yerləşdirib.

Bizim.Media xəbər verir ki, bu məlumatı Mask Youtube-da bloger Leks Fridmana müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, implantasiya proseduru uğurla keçib:

“Pasiyentin beynində 400 elektrod var və hamısı çox yaxşı işləyir”.
 

Xatırladaq ki, “Neuralink” şirkəti tərəfindən insan beyninə kompüter çipi ilk dəfə bu il yanvarın 28-də yerləşdirilib. “Telepathy” adı verilən çip insanlara düşüncələrinin gücü ilə elektron cihazları idarə etmək imkanı yaradır.


Bildirilir ki, beyninə çip yerləşdirilən 29 yaşlı Nolan Arbo təqribən 8 il əvvəl bədbəxt hadisə nəticəsində iflic olub. O, boynundan aşağı heç bir bədən üzvünü hiss etmir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO