Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçki yarışında rəqibi Kamala Harrisin IQ (intellekt qabiliyyəti) səviyyəsi çox aşağı olduğu üçün digər ölkələrin liderləri ilə rəqabət apara bilməz.
Bizim.Media xəbər verir ki, bu barədə siyasətçi “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Kamala Harris digər ölkələrin liderləri ilə rəqabət apara bilməyən aşağı IQ-yə malik bir insandır.
ABŞ-ın hakimiyyətdə bu cür adamlarla yenidən böyük olmaq şansı yoxdur. O, hazırkı ABŞ prezidenti Co Bayden kimi iki cümləni ardıcıl qura bilmir”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Hazırki prezident Co Bayden iyulun 21-i seçki yarışından geri çəkildiyini elan etdikdən sonra prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:46 / 04.08.2024
Tramp: “Harris Bayden kimi iki cümləni ardıcıl qura bilmir”
Hazırda oxunan: Tramp: “Harris Bayden kimi iki cümləni ardıcıl qura bilmir”
Hazırda oxunan: Tramp: “Harris Bayden kimi iki cümləni ardıcıl qura bilmir”
205048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.