“SpaceX” şirkəti yük gəmisinin kosmosa buraxılmasını təxirə saldı

“SpaceX” şirkəti yük gəmisinin kosmosa buraxılmasını təxirə saldı

Hazırda oxunan: “SpaceX” şirkəti yük gəmisinin kosmosa buraxılmasını təxirə saldı

204946

ABŞ-ın "SpaceX" şirkəti Beynəlxalq Kosmik Stansiyada (BKS) ehtiyatları artırmalı olan “Cygnus” yük gəmisi ilə birlikdə “Falcon 9” daşıyıcı raketinin buraxılışını əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin “X”-dəki səhifəsində dərc olunmuş məlumatda deyilir.

Qeyd olunur ki, buraxılış şənbə günü ABŞ-ın Şərqi Sahil vaxtı ilə saat 11:29-da Kanaveral burnundakı (Florida) kosmodromdan baş tutmalı idi.

“SpaceX” Əlverişsiz hava şəraiti ilə əlaqədar “Cygnus” yük gəmisinin buraxılışını bir gün təxirə salıb", - deyə məlumatda deyilir. Buraxılışın bazar günü baş tutması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO