Türkiyədə DƏHŞƏT: Qardaşını yolun ortasında güllələdi - VİDEO

Türkiyədə DƏHŞƏT: Qardaşını yolun ortasında güllələdi - VİDEO

Hazırda oxunan: Türkiyədə DƏHŞƏT: Qardaşını yolun ortasında güllələdi - VİDEO

204903

Türkiyənin Muğla şəhərində dəhşətli hadisə baş verib. Belə ki, iki qardaş arasında borc üstündə başlayan mübahisə qanlı davaya çevrilib.

Bizim.Media "A Haber"ə istinadən xəbər verir ki, baş verənlər yaxınlıqdakı şirkətin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Məlumatda bildirilib ki, H.A. adlı şəxs qardaşı Şahin A. ilə borc məsələsi üzündən mübahisə edib. Dava qızışdıqda isə o, silahını çıxararaq Şahin A.-nı ayağından güllələyib. H.A. bir neçə dəfə atəş açsa da, silahın nasazlığı və ətrafda olan insanların müdaxiləsi nəticəsində güllələrdən ancaq biri hədəfə dəyib. Bundan sonra H.A. oradan qaçıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası göndərilib. Yaralı Şahin A. təcili olaraq xəstəxanaya çatdırılıb.

H.A.-nın axtarışlarına başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO