Fransa mətbuatı azərbaycanlı idmançıların “Paris-2024”də uğurlu çıxışlarından yazdı - FOTO

Fransa mətbuatı azərbaycanlı idmançıların “Paris-2024”də uğurlu çıxışlarından yazdı - FOTO

Hazırda oxunan: Fransa mətbuatı azərbaycanlı idmançıların “Paris-2024”də uğurlu çıxışlarından yazdı - FOTO

204789

“Franceinfo” portalı “Paris-2024” Olimpiya Oyunlarında cüdo üzrə ilk çempionumuzdan yazıb. Hidayət Heydərov (78 kq) bütün xalqımıza sevinc bəxş etməklə yanaşı, fransız mətbuatında “dünyada nömrə 1” kimi təqdim edilib. 

Bizim.Media xəbər verir ki, “Ouest-France” portalı Azərbaycanın cüdo üzrə ikinci qızıl medalçısı Zalim Kotsoyevdən yazıb. Hidayət Heydərovdan ilhamlandığını deyən Zelim Kotsoyev (100 kq) “Paris-2024” Olimpiya Oyunlarında Azərbaycana ikinci qızıl medalını qazandırıb. Beləliklə də Azərbaycan Olimpya Oyunlarında cüdo yarışlarında ilk dəfə 2 qızıl medal qazanıb. 

Fransanın “20 minutes” portalı isə Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yğımasının yarışlarda beynəlxalq idman ictimaiyyətini təəccübləndirməsindən yazıb. Ümumiyyətlə fransız mətbuatında Azərbaycan qadınlarından ibarət 3x3 basketbol komandasından daha çox danışılıb. 

Azərbaycanın tarixi, coğrafiyası, möhtəşəm mənzərələri, səyahət üçün ideal məkan olması haqqında geniş məlumat verilən “Azərbaycan dünyada necə 3x3 basketbol qalasına çevrildi?” başlıqlı məqalədə basketbol komandamızın yeni yaranmasına baxmayaraq, Azərbaycanın dünya basketbolunda önəmli ölkəyə çevrildiyi vurğulanır. 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO