Olimpiya Oyunları başlayandan bəri Parisdə 200 nəfər SAXLANILIB

Olimpiya Oyunları başlayandan bəri Parisdə 200 nəfər SAXLANILIB

Hazırda oxunan: Olimpiya Oyunları başlayandan bəri Parisdə 200 nəfər SAXLANILIB

204738

Olimpiya Oyunları başlayandan bəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Paris və ətraf ərazilərdə 200 nəfər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Cerald Darmanin yerli kanallardan birinə açıqlamasında deyib. 

“200 nəfər saxlanılıb, onlardan 180 nəfəri nəzarətə götürülüb”, - o bildirib. 
 

XİN başçısının sözlərinə görə, oyunların ilk həftəsi ərzində cinayətkarlığın səviyyəsində xeyli azalma qeydə alınıb. Zor tətbiq etməklə quldurluq hadisələrinin sayı 24 faiz, avtomobil oğurluğu halları isə 10 fazi azalıb. 


O, cinayətlərin sayının azalmasını Olimpiada zamanı asayişin təmin olunmasına çox sayda polis əməkdaşının cəlb edilməsi ilə əlaqələndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO