Rusiya Ukraynada 580 mindən çox hərbçisini itirdi - FOTO

Rusiya Ukraynada 580 mindən çox hərbçisini itirdi - FOTO

Hazırda oxunan: Rusiya Ukraynada 580 mindən çox hərbçisini itirdi - FOTO

204693

Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 580 590 nəfərə çatıb.   

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1100 hərbçisini itirib. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 8 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO