Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təşkilatçılıqla bağlı şikayətləri davam edir.
Bizim.Media xəbər verir ki, amerikalı gimnat Simone Biles havanın temperaturunun 30 dərəcədən yuxarı olmasına baxmayaraq, idmançıların yarışlara kondisioneri olmayan avtobuslarda aparılmasından şikayətlənib.
Bundan əlavə, Olimpiya Oyunlarında iştirak edən tennisçilər də təşkilatçıları sərt təndiq ediblər. Onlar öz sosial şəbəkə hesablarında paylaşdıqları videoda Olimpiya Kəndində 10 idmançı üçün cəmi iki hamam otağının ayrıldığını bildiriblər. Bu səbəbdən idmançılar otelə köçməyə məcbur olublar.
Əsas şikayət olunan məsələlərdən biri də idmançılar üçün kartondan yataqların ayrılmasıdır. Bir çox atletlər narahatlıqdna qurtulmaq üçün özlərinə döşək almaq məcburiyyətində qalıblar.
Məlumat üçün qeyd edək ki, Olimpiya kəndində idmançılar üçün lazımi infrastrukturun yaradılması üçün 1,6 milyard avro vəsait xərclənib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:56 / 01.08.2024
Olimpiadada növbəti BİABIRÇILIQ – İdmançılar bərbad şəraitə görə Olimpiya kəndini tərk edirlər – VİDEO
Hazırda oxunan: Olimpiadada növbəti BİABIRÇILIQ – İdmançılar bərbad şəraitə görə Olimpiya kəndini tərk edirlər – VİDEO
Hazırda oxunan: Olimpiadada növbəti BİABIRÇILIQ – İdmançılar bərbad şəraitə görə Olimpiya kəndini tərk edirlər – VİDEO
204567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.