ABŞ-da səsvermə prinsiplərinə zidd məhdudiyyətlər var - ATƏT

ABŞ-da səsvermə prinsiplərinə zidd məhdudiyyətlər var - ATƏT

Hazırda oxunan: ABŞ-da səsvermə prinsiplərinə zidd məhdudiyyətlər var - ATƏT

2045

Birləşmiş Ştatlarda 3 noyabr prezident seçkiləri Covid-19 pandemiyasının yaratdığı problemlərə baxmayaraq, ümumən yaxşı və güclü rəqabət şəraitində keçsə də, hüquqi qeyri-müəyyənlik və xalqın etimadının sarsılmasına yönəlmiş görünməmiş cəhdlərlə xarakterizə oluna bilər.

Bizim.Media xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (ATƏT PA) tərəfindən birgə həyata keçirilən müşahidə missiyası belə qənaətə gəlib.

ATƏT-in müşahidəçilərinin gəldikləri nəticəyə görə, seçki kampaniyası sistemli saxtakarlıqlarla bağlı əsassız iddialar və debatlara kölgə salan dərin siyasi qütbləşmə ilə səciyyələnib.

ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının rəhbəri və xüsusi koordinatoru Maykl Corc Link “Heç kim - heç bir siyasətçi, heç bir seçilmiş məmur xalqın səsvermə hüququnu məhdudlaşdırmamalıdır. Bu qədər dinamik bir kampaniyadan sonra hər bir səsin sayılmasını təmin etmək hakimiyyətin bütün qollarının borcdur”,- deyərək, sistemdəki qüsurlara diqqət çəkib.

O bilidirb ki, Donald Trampın sistemli çatışmazlıqlar barədə əsassız iddiaları xalqın demokratik qurumlara olan inamına zərər verir.

Hesabatda həmçinin qeyd olunur ki, pandemiya şəraitində səsvermə prosedurlarını tənzimləmək üçün dövlət səviyyəsində səylərə baxmayaraq, qarışıqlıqlar da müşahidə olunub. Əsasən respublikaçılar prosesin nizamlanmasına mane olmağa cəhdlər göstəriblər. Seçkinin pozulmaması üçün görülən tədbirlər bəzi hallarda, seçiciləri çaşdıran məhkəmə proseslərinə səbəb olub ki, bu da seçki idarəsinin işinə mənfi təsir göstərib.

Xatırladaq ki, seçkilərə bir neçə ay qalmış səsvermə proseslərilə bağlı görünməmiş məhkəmə çəkişməsi olmuş, 44 əyalətdə 400-dən çox iddia qaldırıldmışdı. Hələ də davam edən bu məhkəmə çəkişmələrindən qaynaqlanan qeyri-müəyyənliklər əksər seçicilər və seçki administrasiyası məmurlarına problemlər yaratmışdı.

Hesabatda qeyd olunur ki, təqribən 5.2 milyon vətəndaş barələrində çıxarılmış cinayət hökmü səbəbindən səsvermə hüququndan məhrum olublar. Baxmayaraq ki, onların təxminən yarısı artıq cəzalarını çəkiblər. Bundan başqa, bəzi yoxsul və etnik azlıqlardan olan seçicilərin şəxsiyyətinin müəyyənləşdirilməsi tələbləri onların səs verməsinə əngəllər yaradıb. Bu məhdudiyyətlər ümumi səsvermə prinsipinə ziddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO