Tramp Paris Olimpiadasının açılış mərasimini biabırçılıq adlandırdı - VİDEO

Tramp Paris Olimpiadasının açılış mərasimini biabırçılıq adlandırdı - VİDEO

Hazırda oxunan: Tramp Paris Olimpiadasının açılış mərasimini biabırçılıq adlandırdı - VİDEO

204199

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Parisdə Olimpiya Oyunlarının açılış mərasimini dəhşətli və biabırçı adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, "FOX NEWS" telekanalına müsahibəsində danışıb.

"Mən çox geniş baxışlara malik adamam. Amma onların etdikləri mənim üçün də ayıbdı. Dəhşətli idi”, - Tramp qeyd edib.

Xatırladaq ki, Parisdə 2024-cü il Oyunlarının açılış mərasimi cümə günü Sena çayında, tarixdə ilk dəfə olaraq stadiondan kənarda keçirilib.

Nümayəndə heyətlərinin paradının iştirakçıları Sena boyunca Pont d'Austerlitzdən Trocadéro'ya qədər üzən 85 qayığa yerləşdirilib. Tədbir zəif təşkil olunduğuna, eləcə də müəyyən səhnələrə, xüsusən də “Son şam yeməyi” bibliya hekayəsinin parodiyasına görə tənqid olunub. Bazar günü Oyunların təşkilat komitəsi mətbuat konfransında şounun bəzi aspektlərinə görə üzr istəyib.

Yeri gəlmişkən, Paris Olimpiadası avqustun 11-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO