Olimpiadaya gedən qatarda Qətər əmirinin gəlininin 11 çantası oğurlandı

Olimpiadaya gedən qatarda Qətər əmirinin gəlininin 11 çantası oğurlandı

Hazırda oxunan: Olimpiadaya gedən qatarda Qətər əmirinin gəlininin 11 çantası oğurlandı

203996

Nitsadan Parisə Olimpiya Oyunlarına gedən sürətli qatarda Qətər əmiri Təmim bin Həməd Əl Taninin gəlininin içərisində 11 "Hermes" çantası olan şəxsi baqajı oğurlanıb.

Bizim.Media  xəbər verir ki, bu barədə "Le Parisien" nəşri yazıb.

"Qətər əmirinin gəlini öz qulluqçusunun müşayiəti ilə bu şənbə, iyulun 27-də Kann stansiyasında sürətli qatara minib. Nitsadan yola düşən qatar Parisin Lion vağzalına getməli idi. Saat 12:00-13:40 aralığında o, "Hermès" brendinə məxsus 11 çantanın oğurlandığını görüb", - nəşr qeyd edib.

Fransa nəşrinin məlumatına görə, hadisə ilə bağlı araşdırma başlayıb. Hazırda çantalar və onları oğurlayanlar tapılmayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO