Kirill Budanov: “Ukraynada müharibə bitəcək”

Kirill Budanov: “Ukraynada müharibə bitəcək”

Hazırda oxunan: Kirill Budanov: “Ukraynada müharibə bitəcək”

203978

“Rusiyanın Ukraynada başlatdığı müharibə bitəcək. Bu proses təbiidir”.

Bizim.Media  xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məzunlar qarşısında çıxış edərkən bildirib.

Budanov qeyd edib ki, hazırda Ukraynada dövlətin və bütövlükdə bəşəriyyətin tarixi üçün həlledici nəticələr verəcək qlobal məsələlər həll olunur.

“Müharibə mütləq başa çatacaq, bu təbii prosesdir və bundan sonra bizim qarşımızda az vacib və mürəkkəb olmayan vəzifələr qalacaq”, - deyə Budanov bildirib.

Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, istənilən irəliləyiş müqavimətlə qarşılaşır və bu, normaldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO