“Lufthansa” Almaniyadan təzminat TƏLƏB EDİR

“Lufthansa” Almaniyadan təzminat TƏLƏB EDİR

Hazırda oxunan: “Lufthansa” Almaniyadan təzminat TƏLƏB EDİR

203864

Almaniyaya məxsus “Lufthansa” aviaşirkəti yüzlərlə gecikmiş və ləğv edilmiş reyslərə, eləcə də istiqaməti dəyişdirilmiş təyyarələrə görə təzminat tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” yazıb.

Bildirilib ki, söhbət 1 milyon avronu keçən bir məbləğdən gedir.

“Biz Frankfurtdakı iqlim fəallarının bizə vurduğu ziyana görə kompensasiya tələb edəcəyik. Hamburq, Düsseldorf və Berlindəki aksiyalardan sonra etdiyimiz kimi”,- deyə şirkət nümayəndəsi qeyd edib.

Qeyd edək ki, iyulun 25-də “Sonuncu nəsil” hərəkatının üzvləri Frankfurtda ölkənin ən böyük hava limanının ərazisinə qanunsuz daxil olublar. Fəallar uçuş-enmə zolaqlarının yol səthinə yapışaraq hava limanını bir neçə saat iflic vəziyyətinə salıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO