Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin 350 hərbçisini (111 nəfər ölümündən sonra olmaqla) Təhlükəsizlik Kəşfiyyat Xidmətinin nümayəndələrini və bir xilasedicini dövlət mükafatları ilə təltif edib.
Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bununla bağlı iyulun 26-da 482/2024 nömrəli müvafiq fərman internet saytında dərc olunub.
Mükafatlandırılanlar arasında mayor rütbəsini daşıyan Azərbaycan əsilli İsmayılov Rüstəm Sərdar oğlu da yer alıb.
Sənədə əsasən, müdafiəçilər Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdikləri şəxsi şücaətə, Ukrayna xalqına fədakar xidmətlərinə görə təltif ediliblər.
Prezident müdafiəçiləri Bohdan Xmelnitskii, “İgidliyə görə”, Danilo Halitskii ordenləri və “Ukrayna qarşısında hərbi xidmətə görə”, “Vətənin müdafiəçisi” və “Xilas edilmiş həyata görə” medalları ilə təltif edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:35 / 26.07.2024
Zelenski 350 hərbçini təltif etdi - Siyahıda azərbaycanlı mayor da var
Hazırda oxunan: Zelenski 350 hərbçini təltif etdi - Siyahıda azərbaycanlı mayor da var
Hazırda oxunan: Zelenski 350 hərbçini təltif etdi - Siyahıda azərbaycanlı mayor da var
203740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.