Avstraliya Olimpiya komandasının idmançısı Fransada qarət edilib - FOTO/VİDEO

Avstraliya Olimpiya komandasının idmançısı Fransada qarət edilib - FOTO/VİDEO

Hazırda oxunan: Avstraliya Olimpiya komandasının idmançısı Fransada qarət edilib - FOTO/VİDEO

203506

Avstraliya Olimpiya komandasının idmançısı, BMX (red: BMX xüsusi fəndlərin icrası və maneələrin keçilməsi məqsədilə peşəkar velosipeddən istifadə edilən ekstremal idman növüdür. Bu idman növü üçün xüsusi hazırlanmış velosipedlərdən istifadə olunur) sürücüsü Loqan Martin Fransada Paris Olimpiya oyunlarından öncə qarət edilib.

Bizim.Media "news.com.au"-ya istinadən xəbər verir ki, bu barədə idmançı öz sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda L.Martinin maşının şüşələrinin sındırıldığı və şəxsi əşyalarının oğurlandığı öz əksini tapıb. İdmançı qeyd edib ki, BMX velosipedlərinə toxunulmayıb.

Qeyd edək ki, "channel9" kanalının  iki müxbirinə oğurluq məqsədli hücumdan və Parisdə Avstraliya komandasını dəstəkləməyə gələn turist qadının bir qrup şəxs tərəfindən zorlanmasından sonra baş verən üçüncü hadisədir. Buna görə də komandanın rəsmiləri idmançılara Olimpiya kəndi xaricində öz formalarını geyinməmək barədə xəbərdarlıq edib.

Faktlarla bağlı yerli polis orqanları tərəfindən araşdırmalar aparılır.







Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO