Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək

Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək

Hazırda oxunan: Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək

203171

Litva Hərbi Dəniz Qüvvələri üçün axtarış-xilasetmə gəmisi inşa ediləcək.

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Məlumata görə, gəminin inşası haqqında müqavilə Litva Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Giedrius Premenckas və nazirliyin Layihələr üzrə Agentliyinin direktoru Gvidas Darguzas tərəfindən imzalanıb.
Yeni axtarış-xilasetmə gəmisi 2029-cu ildə suya salınacaq. Gəminin dəyəri açıqlanmasa da, vəsaitin təxminən 34 milyon avroluq hissəsinin Aİ fondları tərəfindən təmin olunacağı bildirilib.

Qeyd edilib ki, gəmi axtarış-xilasetmə əməliyyatları və dənizdə ekoloji qəzaların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO