ABŞ prezidenti Bayden İsrailin baş naziri Netanyahu ilə görəşəcək

ABŞ prezidenti Bayden İsrailin baş naziri Netanyahu ilə görəşəcək

Hazırda oxunan: ABŞ prezidenti Bayden İsrailin baş naziri Netanyahu ilə görəşəcək

202844

İyulun 22-si ABŞ prezidenti Cozef Bayden və İsrail Baş Naziri Netanyahu atəşkəsi müzakirə etmək üçün görüşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə 2024 Aspen Təhlükəsizlik Forumunda danışan ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan məlumat verib.

Müşavir bildirib ki, iyulun 22-də Vaşinqtonda keçiriləcək görüşdə Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılığın əldə olunması yollarını müzakirə edəcəklər.

Sullivan razılaşmanın "1-ci mərhələdən 2-ci mərhələyə keçidi" ilə bağlı bəzi texniki detalların işlənib hazırlanması lazım olduğunu bildirib. O, maneələrin aradan qaldırlımasının önəmini vurğulayıb.
Müşavir əlavə edib ki, bu görüş 2023-cü ilin noyabrında bağlanmış əsir mübadiləsi sazişindən bəri ən yaxşı fürsətdir.

Qeyd edək ki, iyun ayında ABŞ Nümayəndələr Palatasının sədri, Respublikaçı Mayk Conson sosial şəbəkəsində Netanyahunun Respublikaçı və Demokrat partiyası liderlərinin dəvətini qəbul etdiyini və iyulun 24-də ABŞ Konqresində çıxış edəcəyini açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO