“Moskva və Ankara bəzi məsələlərdə fərqli fikirdədirlər, lakin Rusiya ilə dialoqun açıq saxlanılması və nizamlamaq üçün davam etdirilməsi lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə verdiyi müsahibəsində deyib. Çavuşoğlunun sözlərinə görə, Ankara Moskva ilə biznes əlaqəsi qurmağa çalışır.
Eyni zamanda, Türkiyə Xarici İşlər Nazirliyinin başçısı bəzi regional məsələlərdə Rusiyanın "ən vacib aktyor" olduğunu etiraf edib:
“Müsbət nəticələr əldə etmək həmişə asan olmur, amma mümkündür. Bu, bütün məsələlərdə eyni fikrə sadiq olduğumuz anlamına gəlmir. Ancaq açıq danışmağı bacarırıq. Əsas dialoqun kanallarını açıq saxlamaqdır”.
Xarici işlər naziri vurğulayıb ki, Türkiyə öz milli maraqlarını qorumalı və ölkənin təhlükəsizliyini təhdid altında saxlamamalıdır:
"Rusiya bunu başa düşür. Mümkün olduğu təqdirdə rəsmi Moskva ilə əməkdaşlıq edirik, amma bəzi fikirlərimiz üst-üstə düşmür".
O, Rusiya ilə dialoqun regional və beynəlxalq sabitliyə töhfə verəcəyini qeyd edib. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ankaranı Krımla bağlı səhv mövqeyə inandıracağına ümid etdiyini deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:55 / 06.05.2021
“Türkiyə hər şeydə Rusiya ilə razılaşmır” - Çavuşoğlu
Hazırda oxunan: “Türkiyə hər şeydə Rusiya ilə razılaşmır” - Çavuşoğlu
Hazırda oxunan: “Türkiyə hər şeydə Rusiya ilə razılaşmır” - Çavuşoğlu
20266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.