Amerikalı milyarder Bill Qeytsin həyat yoldaşı Melinda boşanma zamanı ondan 1,8 milyard dollar dəyərində qiymətli kağız alıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Bloomberg nəşri yayıb.
“Microsoft”un qurucusunun həyat yoldaşı Kanada Milli Dəmir Yolu Şirkətinin 1,5 milyard dollarlıq səhmini və ABŞ-ın ən böyük avtomobil dileri “Autonation”un 300 milyon dollar dəyərində olan hissəsini alıb. Bu barədə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının hesabatlarında deyilir.
Forbes Bill Qeytsin varidatını 124 milyard dollar dəyərində qiymətləndirir. İş adamı “Cascade Investments” fondunun aktivlərinin yalnız kiçik bir hissəsinə də sahibdir. Ümumilikdə, fondun ixtiyarında 50 milyard dollar dəyərində qiymətli kağızlar var.
Bill və Melinda Qeyts boşanmalarını bazar ertəsi günü elan ediblər.
Cütlük yayımladıqları açıqlamada 27 illik evliliklərində üç uşaq böyütdüklərini və dünya səviyyəsində bir xeyriyyə fondu yaratdıqlarını vurğulayıblar.
Onlar tanış olduqdan yeddi il sonra - 1994-cü ildə Havayda evləniblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:38 / 05.05.2021
Bill Qeytsin arvadı boşanmadan nə qədər pul qazanıb? - DETALLAR
Hazırda oxunan: Bill Qeytsin arvadı boşanmadan nə qədər pul qazanıb? - DETALLAR
Hazırda oxunan: Bill Qeytsin arvadı boşanmadan nə qədər pul qazanıb? - DETALLAR
20204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.