İspaniya  qalib gələrsə, futbolçular nə qədər mükafat alacaq?

İspaniya  qalib gələrsə, futbolçular nə qədər mükafat alacaq?

Hazırda oxunan: İspaniya  qalib gələrsə, futbolçular nə qədər mükafat alacaq?

201985

İspaniya millisi 2024-cü il futbol üzrə Avropa çempionatının final oyununda qalib gələrsə, 28,25 milyon avro qazanacaq.

Bizim.Media gazeta.ru-ya istinadən xəbər verir ki, bu məbləğin 40%-ni (təxminən 11 milyon avro) futbolçular alacaqlar.

İspanlar məğlub olarsa, o zaman komandanın baş məşqçisi Luis de la Fuente 400 min avro əldə edəcək. Ümumi mükafat fondu 25,5 milyon avro olacaq və futbolçular bu vəsaitin 30%-ni alacaqlar.

Qeyd edək ki, indiyədək İspaniya yığması çempionata vəsiqə aldığı üçün 9,25 milyon avro qazanıb. Qrup mərhələsindəki hər qələbə komandaya daha 1 milyon avro gətirib.

"Pley-off" mərhələsi seçməyə 2,5 milyon avro, 1/4 finaldakı uğur komandaya 4 milyon avro, yarımfinaldakı qələbə isə 5 milyon avro qazandırıb.
Xatırladaq ki, İspaniya və İngiltərə milliləri arasında qarşılaşma bu gün - iyulun 14-də baş tutacaq. Oyun Berlindəki Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO