Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın bir sıra bölgələrinə kütləvi hücuma keçib. Nəticədə Belqorod, Rostov, Voronej və Volqoqrad vilayətləri atəşə tutulub. Ümumilikdə ən azı 38 PUA hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkovun sözlərinə görə, hücum nəticəsində Belqorod vilayətində 4 nəfər dünyasını dəyişib, 20 nəfər xəsarət alıb. 160 mənzil, 60 ev və 140 avtomobilə ziyan dəyib.
Bizim.Media