BMT sabah Ukraynaya görə növbədənkənar iclas keçirəcək

BMT sabah Ukraynaya görə növbədənkənar iclas keçirəcək

Hazırda oxunan: BMT sabah Ukraynaya görə növbədənkənar iclas keçirəcək

201124

BMT Təhlükəsizlik Şurası bir neçə ölkənin tələbi ilə iyulun 9-da növbədənkənar iclas keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, iclas Rusiyanın Ukrayna ərazisində bu gün həyata keçirdiyi hərbi zərbələrini müzakirə etmək üçün təşkil ediləcək.

Müraciətin Britaniya, Fransa, Sloveniya və Ekvador tərəfindən təqdim edildiyi qeyd edilir.

Xatırladaq ki, bu gün Rusiya silahlı qüvvələri Ukraynanın Kiyev də daxil olmaqla, bir neçə şəhərlərinə müxtəlif tipli 40-dan çox raket atıb. Nəticədə Kiyevdə 36 nəfər ölüb, 140 nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO