Britaniya hökumətinin məşhur pişiyi də “istefaya” göndərilə bilər - Krallıqda pişik seçimi 

Britaniya hökumətinin məşhur pişiyi də “istefaya” göndərilə bilər - Krallıqda pişik seçimi 

Hazırda oxunan: Britaniya hökumətinin məşhur pişiyi də “istefaya” göndərilə bilər - Krallıqda pişik seçimi 

200797

13 ildir Baş nazirin iqamətgahında baş siçan ovçusu kimi xidmət edən Larri adlı pişik yeni Baş nazirin gəlişi ilə saraydan qovula bilər.

Bizim.Media xəbər verir ki, bununla bağlı Britaniya mətbuatında yazı dərc edilib.

Bildirilib ki, Larrinin qovulma ehtimalı yeni Baş nazir Kir Starmerin Jojo adlı pişiyini özü ilə hökumət iqamətgahına aparacağı ilə bağlıdır. Belə ki, Larri yeni pişiklə anlaşarsa iqamətgahda saxlanılacaq. 

Britaniya mediası yazır ki, Starmer Jojonu özü ilə aparmağa məcburdur, çünki azyaşlı övladları onu çox sevirlər.

Qeyd edək ki, pişik Larri sabiq baş nazir Rişi Sunakın ayaqqabısına təbii ehtiyaclarını ödədiyi zaman çəkilən görüntülərlə məşhurlaşmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO