Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Hazırda oxunan: Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

200369

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

Bizim.Media xəbər verir ki, səsvermə yerli vaxtla səhər saat 7:00-dan axşam 22:00-dək davam edəcək. 

Seçkilərin nəticələri axşam saat 23:30 radələrindən etibarən məlum olunmağa başlayacaq. Nəticələrin əksəriyyətinin isə cümə gününün erkən saatlarında, təxminən saat 6:30 radələrində açıqlanması proqnozlaşdırılır.

Altı həftəlik ümumi seçki kampaniyası boyunca keçirilən sorğu-anketlərə görə Leyboristlər Partiyasının qələbə qazanması yüksək ehtimallar arasındadır. Bəzi anketlərə görə Keir Starmer 1997-ci ildə qələbə çalan və Mühafizəkarlar Partiyasının 18 illik hakimiyyətinə son verən Leybortislərin lideri Toni Bleyrdən də daha yüksək nəticə əldə edə bilər.

Qeyd edək ki, 2019-cu ildə keçirilən son seçkilərdə seçici fəallığı 67.3 faiz olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO