Rusiyalı Nyu-York şəhər merinə namizəd oldu – “Ancaq hələ də ləhcə ilə danışıram”

Rusiyalı Nyu-York şəhər merinə namizəd oldu – “Ancaq hələ də ləhcə ilə danışıram”

Hazırda oxunan: Rusiyalı Nyu-York şəhər merinə namizəd oldu – “Ancaq hələ də ləhcə ilə danışıram”

20020

Rusiyanın Tomsk şəhərində dünyaya gələn və Nyu-York şəhərinin meri vəzifəsinə namizəd olan Vitali Filipçenko seçkilərdə rus ləhcəsi ilə danışığa üstünlük verəcəyini deyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, Filipçenko ABŞ-a 10 il əvvəl gəlib. Özünün yükdaşıma firması var. ABŞ vətəndaşı olan rus seçkilərdə müstəqil namizəd kimi iştirak edir. İlkin seçkilərin iyunun 22-də, ümumi seçkilərin noyabrın 2-də keçirilməsi planlaşdırılır. 

İndi şəhər merinin postunu demokrat Bill De Blazio tutur.

"Hələ də rus ləhcəm qalıb. İnsanlar mənim çıxışımı eşidəndə haradan olduğumu başa düşürlər. Bundan utanmıram. Bu ləhcə ilə mer vəzifəsinə gedirəm. Mənim üçün məhdudiyyət hesab edilmir. Hesab edirəm ki, əksinə bu, üstünlüyümdür”, deyə Filipçenko RİA Novosti-yə verdiyi müsahibəsində bildirib.

O, əlavə edib ki, amerikalı arvadı rus dilində bir neçə söz də öyrənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO