Orban: “Zelenskidən xahiş etdim ki, Rusiya ilə danışıqlara başlasın” - VİDEO

Orban: “Zelenskidən xahiş etdim ki, Rusiya ilə danışıqlara başlasın” - VİDEO

Hazırda oxunan: Orban: “Zelenskidən xahiş etdim ki, Rusiya ilə danışıqlara başlasın” - VİDEO

200084

“Ukrayna atəşi dayandırmalı və Rusiya ilə danışıqlara başlamalıdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Hazırda Ukraynanın Rusiya ilə yaşadığı müharibə Avropanın təhlükəsizliyinə çox güclü təsir göstərir. Biz cənab prezident Volodimir Zelenskinin sülhə nail olmaq naminə bütün təşəbbüslərini yüksək qiymətləndiririk.

Bu səylər çox zaman tələb edir. Beynəlxalq diplomatiya qaydalarına görə, onlar mürəkkəbdir və mən cənab prezident Volodimir Zelenskidən xahiş etdim ki, müharibəyə fasilə verib atəşi dayandırsın və Rusiya ilə danışıqlara başlasın ”, - Orban deyib. 
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban iyulun 2-də səhər saatlarında Ukraynaya səfər edib. Bu, onun 12 ildən sonra Ukraynaya ilk səfəridir. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO