Zelenski Putinlə danışıqların mümkünlüyündən danışdı

Zelenski Putinlə danışıqların mümkünlüyündən danışdı

Hazırda oxunan: Zelenski Putinlə danışıqların mümkünlüyündən danışdı

199895

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Putinlə danışıqların mümkünlüyündən söz açıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, fikirlərini “Philadelphia Inquirer”ə müsahibəsində bölüşüb.

Vladimir Zelenskinin sözlərinə görə, Rusiya lideri ilə danışıqların yeganə variantı vasitəçilər tərəfindən aparılmasıdır, çünki bu metoddan Qara dənizdə taxıl dəhlizinin müzakirəsi və yaradılması zamanı istifadə edilib.
“Bu model ilk dəfə taxıl dəhlizinin timsalında, Ukraynanın Rusiya ilə deyil, BMT və Türkiyəylə danışıqlar apardığı zaman istifadə edilib. Onlar da öz növbəsində bizimlə danışıqlar aparmağı, sonra isə Rusiya Federasiyası ilə müvafiq müqavilə imzalamağı öz üzərlərinə götürdülər. Yəni burada arada BMT və Türkiyənin olduğu iki güzgü razılaşmasından söhbət gedir”, - deyə Zelenski bildirib.

O, qeyd edib ki, əsas məqsəd Ukraynanın və ukraynalı olan hər şeyin tamamilə məhv edilməsinin qarşısını almaq, ukraynalıların indiki və gələcək nəsillərinin təhlükəsizliyini təmin etməkdir.

Zelenski hesab edir ki, ölkəsinin iqtisadi təhlükəsizliyi Ukraynanın Avropa İttifaqına üzv olmasından keçir.

Bundan başqa, onun fikrincə, Ukrayna NATO-da olmalıdır, çünki bunsuz onun ölkəsi üçün böyük risklər mövcud olacaq.

Xatırladaq ki, Zelenski əvvəllər dəfələrlə belə danışıqların qeyri-mümkünlüyündə israr edib. Bu, hətta Ukraynada qanunla təsbit olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO