Rusiya ATƏT-in Parlament Assambleyasında fəaliyyətini DAYANDIRIR

Rusiya ATƏT-in Parlament Assambleyasında fəaliyyətini DAYANDIRIR

Hazırda oxunan: Rusiya ATƏT-in Parlament Assambleyasında fəaliyyətini DAYANDIRIR

199605

Rusiya Federasiyası Federal Məclisinin palatalarının ATƏT-in Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanatının layihəsi Dövlət Dumasına təqdim edilib.

Bizim.Media Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Dumanın Beynəlxalq əlaqələr komitəsinin rəhbəri, LDPR-in lideri Leonid Slutski məlumat verib.

“Rusiya Federasiyasının ATƏT PA-da nümayəndə heyətinin fəaliyyətinin dayandırılması ilə bağlı Federal Məclisin hər iki palatasının bəyanatının layihəsi Dövlət Dumasına təqdim edilib.

Biz bunu iyulun 3-də keçiriləcək plenar iclasda Federasiya Şurası ilə sinxron şəkildə nəzərdən keçirməyi təklif edəcəyik”, -deyə deputat bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO