Rusiyada sərnişin qatarının doqquz vaqonu relsdən çıxdı, xəsarət alanlar var - FOTO/VİDEO

Rusiyada sərnişin qatarının doqquz vaqonu relsdən çıxdı, xəsarət alanlar var - FOTO/VİDEO

Hazırda oxunan: Rusiyada sərnişin qatarının doqquz vaqonu relsdən çıxdı, xəsarət alanlar var - FOTO/VİDEO

199182

Rusiyanın Komi vilayətində Vorkuta-Novorossiysk sərnişin qatarının doqquz vaqonu relsdən çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, hadisə iyunun 26-da Moskva vaxtı ilə saat 18:12-də Şimal Dəmiryolunun İnta-1 – Kömür hissəsində baş verib. 

Qeyd edilib ki, hazırda həlak olanlar barədə məlumatlar dəqiqləşdirilir. Təcili yardım xidmətlərinin İnterfaks-a verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb. 
Vaqonların relsdən çıxmasına ilkin səbəb kimi dəmir yolu bəndinin su ilə yuyulması göstərilir.

 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO