Julianın həyat yoldaşı: Uşaqlar atalarının azad ediləcəyini bilmirlər

Julianın həyat yoldaşı: Uşaqlar atalarının azad ediləcəyini bilmirlər

Hazırda oxunan: Julianın həyat yoldaşı: Uşaqlar atalarının azad ediləcəyini bilmirlər

198941

"Mən uşaqlarıma atalarının azad ediləcəyini deməmişəm. Çünki hələ hakim ABŞ ilə Assanj arasındakı razılaşmanı imzalamalıdır, buna görə ehtiyatlı davranırıq".

Bizim.Media xəbər verir ki, bu sözləri Julian Assanjın həyat yoldaşı Stella Assanj BBC radiosuna müsahibəsində deyib. 

Qeyd edək ki, ABŞ hökumətinin “Wikileaks” portalının təsisçisi Julian Assanj ilə razılaşma əldə etməsindən sonra Stella 5 və 7 yaşlı uşaqları ilə birgə Avstraliyaya uçub. 

O, iyunun 23-də səhər saatlarında Julianın vətəni Avstraliyaya yola düşdüklərini deyib.

“Uşaqlara təyyarə ilə uçmazdan əvvəl onu demişəm ki, onları böyük bir sürpriz gözləyir. Uşaqlar Avstraliyada olduqları, qohumlarını gördükləri üçün çox xoşbəxtdirlər”,- deyə o, qeyd edib.

Stella deyib ki, uşaqlar atalarını hər zaman həbsxanada görüb və görüş çox vaxt bir saatla məhdudlaşıb. “Julianın ayağa qalxaraq həbsxanadakı mağazadan uşaqlarına şokolad almağa icazəsi belə yox idi”,- deyə o bildirib.

Jurnalistin gələcək planları ilə bağlı sualını cavablandıran Stella qeyd edib ki, bu barədə Julianla uzun danışmağa vaxtları olmayıb. 

Stella bildirib ki, onların əsas prioritetləri Julianın əvvəlki səhhətinə qayıtmasıdır. “O, beş ildir ki, çox dəhşətli vəziyyətdədir. Bizim üçün artıq yeni səhifə açmağın zamanıdır”, - deyə o vurğulayıb.

Stella ABŞ hökuməti ilə Julian Assanj arasındakı razılaşma haqqında da danışıb. 

Bildirib ki, razılaşmaya əsasən Julian Casusluq Aktı ilə bağlı bir ittiham üzrə öz təqsirini etiraf edəcək. Daha sonra bu, hakim tərəfindən imzalandıqdan sonra Julian rəsmi şəkildə azad insan olacaq.

Stella Assanj qeyd edib ki, onlar Julian azad olunandan sonra Avstraliyada yaşamağı düşünürlər. O, sevinc hisslərini də bölüşərək deyib:

“Bu inanılmazdır, baş verənlər sanki mənə real görünmür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO