Roma Kolizeyində yenilik - Qladiatoru yaxından izləyəcəksiniz - FOTO

Roma Kolizeyində yenilik - Qladiatoru yaxından izləyəcəksiniz - FOTO

Hazırda oxunan: Roma Kolizeyində yenilik - Qladiatoru yaxından izləyəcəksiniz - FOTO

19892

İtaliya hökuməti Romanın qədim Kolizeyində yeni bir mərtəbənin tikilməsi haqqında planı təsdiqləyib.

Bizim.Media BBC telekanalına istinadən xəbər verir ki, bununla da ziyarətçilərə bir vaxtlar qladiatorların vuruşduğu yerdə dayanma şansı veriləcək.

İtaliyanın Mədəniyyət naziri Dario Françeski yeni mərtəbənin inşası zamanı Kolizeyin qədim arxitekturasının qorunub saxlanacağını da diqqətə çatdırıb.

18,5 milyonluq büdcə ayrılmış bu mərtəbənin içində yeraltı otaqlar, havalandırma sistemləri də inşa ediləcək. Hazırda 2000 illik tarixi abidənin döşəməsi yoxdur. Layihə çərçivəsində döşəmə də bərpa ediləcək.

Nazir Dario Françeski yeni mərtəbənin inşasından sonra Kolizeyin əvvəlki şöhrəti ilə mədəni tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.

Həmçinin tikinti işlərinin 2023-cü ilə qədər bitməsi gözlənilir.

Qeyd edək ki, Kolizey Qədim Roma İmperiyasında qladiator döyüşləri keçirilən ən böyük amfiteatr olub. Pandemiya başlamazdan əvvəl abidə 2019-cu ildə 7.6 milyona yaxın insanı cəlb edib.

Xəyalə Həsənova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO