Səudiyyə Ərəbistanı dünən gecə saatlarında Yəmənin Müdafiə Nazirliyinin binasını bombalayıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Yəmənin paytaxtı Sanaya hava hücumu nəticəsindəxa0 Müdafiə Nazirliyinin binası darmadağın edilib, nazirliyin yaxınlığındakı 12 evə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
“Reuters”x9d Agentliyinin bu səhər hadisə yerindən yaydığı fotoşəkillər böyük dağıntının olduğunu göstərir. Səhər açılan kimi, insanlar bombalanan binaların ətrafına yığışıb.xa0








































































































