ABŞ 12 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmin şəxslər arasında “Kaspersky Lab İT” şirkətinin rəhbərliyinin nümayəndələri də var.
Belə ki, sanksiya siyahısına “Kaspersky Lab” şirkətinin icraçı direktoru Andrey Tixonov, şirkətin biznesin inkişafı üzrə direktoru Andrey Efremov, hüquq məsələləri üzrə direktor İqor Çekunov və digər rəhbər şəxslərin adları da daxil edilib.
Qeyd edək ki, daha əvvəl ABŞ mətbuatında “Kaspersky” şirkətinin iyulun 20-dən sonra ABŞ-da yeni müqavilələr bağlaya bilməyəcəyinə dair məlumatlar yayılmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:20 / 21.06.2024
ABŞ-dan Rusiyaya növbəti SANKSİYA - Siyahıda məşhur şirkətin rəhbərliyi də var
Hazırda oxunan: ABŞ-dan Rusiyaya növbəti SANKSİYA - Siyahıda məşhur şirkətin rəhbərliyi də var
Hazırda oxunan: ABŞ-dan Rusiyaya növbəti SANKSİYA - Siyahıda məşhur şirkətin rəhbərliyi də var
198396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.